“Günayın qapısına getməmişəm, uşağını döyməmişəm”

“Günayın qapısına getməmişəm, uşağını döyməmişəm”
2542 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayevanın polisə verdiyi Taha Tatlıcı açıqlama yayıb.

Axşam.az xəbər verir ki, o, bu barədə İnstaqramda yazıb:

“Haqqımda çıxan eks-sevgilim Günay Musayevanın qapısına getməyim, qadına və uşağa qarşı şiddət hadisələri yalandır. Bu barədə xəbər yazanları qınayıram və məsələ hüquqi müstəvidə həll ediləcək”.

Qeyd edək ki, ötən günlərdə Günay Tahanın onu döydüyü və təhdid etdiyini söyləyərək şikayət ərizəsi yazıb. Model sevgilisi haqqında 1 aylıq uzaqlaşdırma qərarı çıxartdırıb. Tatlıcı isə 1 ay başa çatan kimi yenidən Günayın evinə yollanıb.

Musayeva isə qapını döyən və onu təhdid edən Tahadan xilas olmaq üçün qonşulardan yardım istəyib. Gizlicə evdən çıxan model polisə gedib. O, iş adamına qarşı şikayət ərizəsi yazıb. Polis qərarı ilə Taha yenidən Günayın ətrafından uzaqlaşdırılıb.

Onu da bildirək ki, bundan əvvəl də Taha Tatlıcının Günay və oğluna şiddət göstərdiyi xəbərləri yayılmışdı. Günay aktyor Tolqa Karellə ailəli olub. Cütlük 2015-ci ildə boşanıb.