Koronavirusa görə toyları təxirə düşdü

Koronavirusa görə toyları təxirə düşdü
1121 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı aktrisa, model Nataliya Vodyanova toyunu təxirə salıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi bu gün Kosta-Rokoda sevgilisi Antuan Arno ilə nikah masasına oturmağa hazırlaşırdı. Cütlüyün planı koronavirusa görə yarımçıq qalıb.

Sevgilisi toyu payızda etməyi istəsə də, Nataliya razılaşmayıb. O, toyunun yayda olmasını istədiyi üçün nikahı gələn yaya qədər uzadıb. Cütlük toya 300 qonaq çağırıb.

"Bütün hazırlıqlar təxirə salındı. Toy paltarım da qaldı. Toyu bir il sonra edəcəyik. Çünki ssenarini dəyişmək istəmirəm. Hər şey həmin tarix üçün planlaşdırılıb. Mənim üçün bu problem deyil" deyə, model söyləyib.