Mədəniyyət naziri vəzifəsini Vaqif Əliyev icra edir? - Rəsmi açıqlama

Mədəniyyət naziri vəzifəsini Vaqif Əliyev icra edir? -  Rəsmi açıqlama
2222 dəfə oxunub
  • A-
  • A
  • A+

“Bəzi kütləvi informasiya vasitələrində Mədəniyyət nazirinin səlahiyyətlərinin nazirin birinci müavininə həvalə olunması barədə yayılan xəbərlər həqiqəti əks etdirmir”.

Axşam.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hazırda Mədəniyyət nazirinin müavinləri vəzifələrinin icrasını həyata keçirirlər. Mədəniyyət nazirinin səlahiyyətləri rəsmi şəkildə heç kimə həvalə edilməyib.

Qeyd edək ki, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevdir.