Xalq artisti Mələkxanım Əyyubova "Evdəkilərə salam" proqramını evində qonaq edib.

Axşam.az xəbər verir ki, xanəndənin qızı Nəzrin də kamera qarşısına keçib. Rəssamlıqla məşğul olan Nəzrin əl işlərini nümayiş etdirib. O bildirib ki, rəsm əsərləri xaricdə sərgilərdə də nümayiş edilib:

"Xaricdə sərgilərdə olmuşam, sertifikatlar almışam. İncəsənət Universitetini bitirmişəm. Təhsilimi davam etdirməyi düşünürəm. Yxın günlərdə sərgi etməyi planlaşdırıram".

Nişanlısından danışan Nəzrin "Nişanlım dizaynerdi. Mənə dəstək olur" deyə, söyləyib.



Xəbər lenti