İndiyənə kimi 2741 nəfər koronavirusdan sağalıb

İndiyənə kimi 2741 nəfər koronavirusdan sağalıb
323 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb.

Axşam.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır, 61 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti sabitdir.