TƏBİB bugünkü test sayını açıqladı

TƏBİB bugünkü test sayını açıqladı
749 dəfə oxunub
  • A-
  • A
  • A+

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı mayın 25-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 2 672 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 273 411 test aparılıb.

Xatırladaq ki, bu gün Azərbaycanda 149 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 134 pasiyent sağalıb.