Türkiyədə 1321 nəfər koronavirusdan sağaldı - 29-u öldü

Türkiyədə 1321 nəfər koronavirusdan sağaldı -  29-u öldü
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 157 min 814 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 29 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 987 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4369 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1321 nəfər təşkil edir.