Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 158 min 762 nəfərə çatıb.
Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.
O bildirib ki, son 24 saat ərzində ölkədə 28 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 948 nəfər isə infeksiyaya yoluxub.
Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4397 nəfərə çatıb.
Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 1492 nəfər təşkil edir.