Edis konsertində biabır olub

Edis konsertində biabır olub
3119 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyəli müğənni Edis "İbrahim Selim İle Bu Gece" verilişində konserti zamanı düşdüyü çətin vəziyyətdən danışıb.

Axşam.az xəbər verir ki, sənətçi aparıcının “Uğurlu alınmadığını düşündüyün mahnın var” sualına belə cavab verib:

“Elə bir mahnım yoxdur, amma oxuya bilmədiyim və biabır olduğum mahnı var. “Queen” qrupunun “We Will Rock You” mahnısını əzbərləmədim. Düşündüm ki, konsertimdə telefondan oxuyaram. Həmin an çatanda telefonda sözləri tapa bilmədim və özümdən sözlər deməyə başladım. Çox utanmışdım, biabır oldum”.