Günay hər şeyi sildi - Foto

Günay hər şeyi sildi - Foto
2001 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı model Günay Musayeva bu dəfə sosial şəbəkədəki addımı ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, buna səbəb isə sənətçinin İnstaqramdan bütün paylaşımlarını silməsidir.

Günay sosial şəbəkədə paylaşdığı bütün video və şəkilləri silərək yenidən üç foto yükləyib. Onun bu addımı hansı səbəbdən atması bəlli deyil.

Qeyd edək ki, model son günlər eks-sevgilisi Taha Tatlıcı ilə yaşadığı qalmaqalla gündəmdədir.  Günay keçmiş sevgilisindən polisə şikayət edərək ona yaxınlaşmamasını tələb edib.

Onu da bildirək ki, sənətçi illər öncə Türkiyəyə köçüb. Tolqa Karellə evlənib, daha sonra boşanan modelin Cihangir adlı oğlu var.