"Xəstəlik dizimə gəlsə, əl arabasında gəzəcəm" - Könül Xasıyeva

"Xəstəlik dizimə gəlsə, əl arabasında gəzəcəm" -  Könül Xasıyeva
1242 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bu, sağalan xəstəlik deyil. Ayağımı topuğa qədər hiss etmirəm. Dizimə qədər gəlsə, o deməkdir ki, əl arabasında gəzəcəm. Həkimlər çalışırlar".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Könül Xasıyeva "Nanəli" proqramında deyib. Xəstəliyindən danışan xanəndə müalicələrinin davam etdiyini bildirib:

"Ən qorxduğum arabada gəzməkdir. Bir dəfə bunu yaşamışam. İndi qayıdıb müalicələri rayonda davam etdirəcəm. Oğlum Kazımın 12 yaşı var. Ona hələ heç ə edə bilməmişəm".

Xasıyeva daha sonra anasının səhhətindən söz açıb. O, "Anam yataq xəstəsidir. Heç indi məni izləyə də bilmir" sözlərini əlavə edib.