"Cəzalar artacaq və sərtləşəcək" - İbrahim Məmmədov

"Cəzalar artacaq və sərtləşəcək" -  İbrahim Məmmədov
4984 dəfə oxunub
  • A-
  • A
  • A+

"Karantin rejiminin tələblərinə nəzarət ciddi olacaq. Belə ki, qoruyucu tibbi maskaların istifadəsi məcburi və mütləq olacaq".

Axşam.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

O bildirib ki, bununla bağlı müvafiq qərar imzalanıb:

"Qaydalara əmək etməyənlər cərimələnəcək. Sərbəstlik artıqdıqca məsuliyyət artacaq. Cəzalar artacaq və sərtləşəcək. Cəzanın miqdarı hələ dəqiqləşməyib. Məsələ ilə bağlı sənəd parlamentə təqdim olunacaq. Cərimələrdən qaçmaq mümkün olmayacaq".

Hökumət rəsmisi qeyd edib ki, hansı rayonda yoluxma artsa həmin bölgə qapadıla və orada daha güclü karantin rejiminin tətbiq olunması mümkündür.