TƏBİB koronavirusa yoluxmanın artmasının səbəbini açıqlayıb

TƏBİB koronavirusa yoluxmanın artmasının səbəbini açıqlayıb
1094 dəfə oxunub
  • A-
  • A
  • A+

“Məhdudiyyətlər aradan qalxdıqca koronavirusa yoluxma artır”.

Axşam.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, karantin rejimi dövründə tibb müəssisələri hazırlanıb, pandemiyanın ölkə ərazisində yayılması məhdudlaşdırılıb:

“Ancaq məhdudiyyətlər götürüləndən sonra vətəndaşlarımızın qaydalara riayət etməməsi ilə yoluxma artır”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, daimi karantin rejimində qalmaq mümkün deyil, qaydalara riayət etməliyik:

“Biz karantin rejiminin sərt rejimindən çıxdıqda qaydalara riayət etməyi özümüzə aşılamalıyıq”.