TƏBİB-dən market sahiblərinə xəbərdarlıq!

TƏBİB-dən market sahiblərinə xəbərdarlıq!
1648 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əksər mağaza və marketlərdə maskadan istifadə tələbinə riayət olunmur”.

Axşam.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tələblərə ciddi riayət olunmalıdır:

“Əks təqdirdə mağaza və marketlərin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, iri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır:

“Maskalar həm burun, həm də ağızı qoruyacaq şəkildə istifadə olunmalıdır”.