Azərbaycanda karantin rejimi iyunun 15-dək uzadılıb. Bu müddət ərzində 190 manatlıq ödənişin verilib-verilməməsi müzakirə olunur.
Axşam.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib ki, 190 manatlıq birdəfəlik ödəmələrin iyun ayında verilməsi Operativ Qərargahda müzakirə olunacaq:
"Müzakirələr nəticəsində müvafiq qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq".