Yelləncək 14 yaşlı yeniyetmənin ölümünə səbəb oldu

Yelləncək 14 yaşlı yeniyetmənin ölümünə səbəb oldu
2883 dəfə oxunub
  • A-
  • A
  • A+

İmişli rayonunun Qızılkənd kəndində ölüm hadisəsi baş verib.

Axşam.az APA-ya istinadən xəbər verir ki, yaşadığı evin həyətində yelləncəkdə yellənən 2006-cı il təvəllüdlü Şıxəliyev Rövşən Rubail oğlunun boğazına ilişən kəndir onun ölümünə səbəb olub.

R.Şıxəliyevin meyiti İmişli Rayon Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspetizası tərəfindən müayinə olunub.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.