Məşhur repçi küçənin ortasında vəhşicəsinə öldürüldü

Məşhur repçi küçənin ortasında vəhşicəsinə öldürüldü
2316 dəfə oxunub
  • A-
  • A
  • A+

Kanadanın Toronto şəhərində Houdini ləqəbi ilə tanınan məşhur repçi Cimarcio Ceniks vəhşicəsinə öldürülüb.

Axşam.az xəbər verir ki, repçi 15 yaşlı dostu ilə gəzərkən otelin yaxınlığında yerləşən avtomobildən onlara atəş açılıb. Xəstəxanaya çatdırılan Houdini güllə yaralarından vəfat edib. Həkimlər hazırda onun dostunun həyatını xilas etməyə çalışırlar.

Verilən məlumata görə, hücum nəticəsində 27 yaşlı naməlum bir qız da xəsarət alıb.

Cinayətkarların axtarışı davam etsə də, repçinin vəkili məsələni diqqətlə araşdırılmasını tələb edib.

Qeyd edək ki, Houdini silahlı hücum nəticəsində öldürülən 30-cu repçidir. O, Kanadada bir ulduz hesab edilirdi.