Axşam.az xəbər verir ki, müğənni ailə qurmaqlarının ildönümü olduğunu vurğulayıb.
"30 may 1988 - bu gün evliliyimizin 32-ci ili tamam olur. Hamı elə bilir ki, bu illər ərzində Ədalət mənim kaprizlərimə dözüb. Amma bizi yaxından tanıyanlar yaxşı bilirlər ki, əksinə onun xasiyyəti daha çətindir. Dostlarımızla bölüşmək istədim. Burada kimlər var... Fani dünya... Kimlər gəldi, kimlər getdi bu dünyadan" deyə, Dadaşova paylaşımına qeyd edib.
Qeyd edək ki, müğənni Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəlidir.