Qərb bölgəsinə dolu düşüb.

Milli Hidrometeorologiya Xidmətindən Axşam.az-a verilən məlumata əsasən, saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.      

Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli,  Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.



Xəbər lenti