Reperlər müflis olub, yardım istəyirlər

Reperlər müflis olub, yardım istəyirlər
871 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur reperlər pandemiya ərəfəsində maddi krizis yaşadıqlarını deyiblər.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur reper Suiss Beats və "Ice-T" bunla bağlı ideya irəli sürüblər. Onlar həmkarlarının sıxıntılarının aradan qaldırılması üçün pensiya fondu yaradılmasını təklif ediblər.

Sənətçilər deyiblər ki, insanlar milyonlar qazana bilməyən musiqiçilər üçün yardımlar edə bilərlər:

"Reperlərin pensia planı yoxdur. Onların bir çoxları üçün ağır günlər başlayıb. Bir çoxları studiyada mahnılar yazdıra bilmir, küçələrdə oxuyurlar. Jay-Z və P. Diddy-nin maddi durumu yaxşıdır. Amma çoxları acınacaqlı durumdadırlar, bunu yoluna qoymaq lazımdır".