Qadınlar dərilərini gözəlləşdirmək üçün ya kosmetoloq yanına gedir, ya da bahalı vasitələrdən istifadə edirlər. Ev şəraitində dəriyə qulluq edərək, sağlam, təravətli olmasına kömək etmək mümkündür.

Axşam.az xarici KİV-ə istinadən maskalar təqdim edir.

Kəsmikli maska:

1 xörək qaşığı xamanı 1 xörək qaşığı kəsmiklə qarışdırın və üzərinə bir çimdik duz səpin. Maskanı üzünüzə çəkib 15 dəqiqəlik saxlayın, sonra isə ilıq su ilə yuyun. Bu normal dəri üçün nəmləndirici maskadır.

Yumurta sarısı:

1 yumurtanın sarısına 1 çay qaşığı bal və badam yağı əlavə edib, qarışdırın və üzünüzə çəkin. 25 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.

Xiyar və yoqurt:

Yarım xiyarı sürtgəcdən keçirib, üzərinə 2-3 xörək qaşığı şəkərsiz yoqurt əlavə edib, üzə çəkin. 20 dəqiqə saxladıqdan sonra yuyun.



                 

Xəbər lenti