“Nə çox uçduq, qonduq, dağıldıq, düzəldik, nəfəsimiz bitənədək güldük, hıçqıraraq ağladıq, ideal olduq, xain olduq, bu dəfə tamamdır dedikcə bir-birimizdən qopa bilmədik”.

Axşam.az xəbər verir ki, bu sözləri türkiyəli aktrisa Beren Saat həyat yoldaşı, müğənni Kənan Doğulunun ad gününü təbrik edərək sosial şəbəkədə yazıb.

Onun təbriki yenə də sosial medianın müzakirə mövzusuna çevrilib. Sənətçi sözlərinə belə davam edib:

“Sevgili, oyun yoldaşı, həyat yoldaşı olduq. Çətin anlarda yoldaş, bir-birimizə ilham pərisi olduq. Münasibətimizdə hər şeyi yaşamışıq demişdik ki, musiqi ilə yan-yana olduq. Karantin günlərindən sənə yenidən aşiq olaraq çıxıram. Hər mahnıma qatdığın fikir, səsləndirdiyin hər not harmoniyamızı sonsuzluğa aparır. Təki bacara bilmədiyimiz evlilik olsun. Yaxşı ki, doğulmusan. Yaxşı ki, sənə aşiq olmuşam”.

İstifadəçilər isə paylaşıma “Bu da sizə yeni tapmaca. Tapın görüm Beren Saat nə demək istəyib” tipli şərhlər yazıblar.

Qeyd edək ki, cütlük ötən il boşanmaq istəsə də, sonradan barışmışdılar.



                 

Xəbər lenti