Türkiyəli müğənni Ebru Gündeş bu dəfə bahalı saatı ilə gündəmə gəlib.

Axşam.az xəbər verir ki, məşhur “Hürriyyet” nəşri onun 700 min lirəlik (təxminən, 175 min manat) aksessuar taxdığını yazıb.

Bildirilir ki, Ebru “Patek Philippe” brendində məxsus “Nautilus” modeli saatdan istifadə edir. Onun bu saatla fotosu sosial şəbəkələrdə yayılıb. İstifadəçilər onun bu cür bahalı saat taxmasını düzgün saymayıblar.

 
 
 
 


                 

Xəbər lenti