Sabah 37 dərəcə isti olacaq

Sabah 37 dərəcə isti olacaq
657 dəfə oxunub
  • A-
  • A
  • A+

2 iyunda gözlənilən hava şəraiti açıqlanıb.

Axşam.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyunun 2-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

HavanıntemperaturuAbşeronyarımadasındagecə 18-21, gündüz 25-29, Bakıdagecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfertəzyiqinormadanaşağı 755 mmcivə sütunu, nisbirütubətgecə 65-75, gündüz 40-50 faiztəşkiledəcək.

İyunun 2-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 2-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.