Dünya şou-biznesində bir çox məşhurlar bir-birinə bənzəməkləri ilə dəfələrlə gündəmə gəliblər. Yerli şou aləmində də bir-birinə oxşayan tanınmış simalar az deyil.

Axşam.az həmin məşhurları təqdim edir:

Müğənni Günel Məhərrəmova şou-biznesə ilk gəldiyi andan Xalq artisti Aygün Kazımovaya bənzərliyi ilə tanınıb.

Müğənni Gülay Zeynallı ilə aparıcı Vüsalə Əlizadəni də bir çox hallarda bənzədirlər.

 

Aparıcılar Afaq Gəncəli ilə Nərgiz Məmmədova da hər zaman bir-birinə bənzədilir.

 

Müğənni Türkan Vəlizadə də çox vaxt aparıcı Afaq Gəncəliyə oxşadılır.

 

Xalq artisti Nazpəri Dostəliyevaya bir çox şou-biznes nümayəndəsi bənzədilib. Onlar arasında ən yaddaqalanı isə Afət Fərmanqızı olub.

 

Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova da hər zaman həm görünüş baxımdan, həm də səs tembri bənzədilib. Hətta Dadaşova buna görə Lalə ilə küsülüdür.

 

Aparıcı İlhamə Bədəlova ilə müğənni Rahidə Baxışova da bir-birinə bənzəməsi ilə gündəmə gəlib. 

 



                 

Xəbər lenti