“Toy müğənnisi ilə aramda fərq olmalıdır” - Tünzalə + Video

“Toy müğənnisi ilə aramda fərq olmalıdır” - Tünzalə + Video
2034 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Tünzalə Ağayeva Əməkdar artist Tahir İmanovun İnstaqramdakı canlı yayımında qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi fəxri ad alması və bu adı almaq istəyən ifaçılardan söz açıb.

O bildirib ki, fəxri adların verilməsi stimul, motivasiya və vicdanlı insan üçün böyük məsuliyyətdir:

“Heç vaxt uğurlarımdan başım gicəllənməyib və ulduz xəstəliyinə tutulmamışam. Hər zaman söyləmişəm ki, əgər yazdığım mahnıların bu cəmiyyətə töhfəsi varsa, deməli daha çox çalışmalıyam. Çünki məni belə yetişdiriblər. Hər şeyin insanın mənəvi tərbiyəsinə dayanır. İnsanın ağlından, peşəkarlığından öncə onun vicdanı durmursa, bu söhbətlər boşdur. Hər zaman əziyyət çəkirəm. Niyə bizim sayılıb-seçilən incəsənət nümayəndələrimiz bir araya gələ bilmir? Niyə daha çox davadan danışırıq? Müğənnilər bir-biri ilə düşmənlik edirlər. Artistlər var ki, deyirlər ki, ömür boyu toylarda oxudum, amma mənə fəxri ad verilmədi. Əzizim, toy biznesini sən özün seçmisən. Bəlkə də sən toylarınlaa bir neçə ailəni dolandırmısan. Bu gözəl işdir. Amma sən bu hərəkətinlə ictimai əhəmiyyət daşımırsan. İctimai əhəmiyyət daşıyan, o məsuliyyəti üzərinə götürən, hər bir efirini fikirləşən, üzərində çalışan, “tamaşaçılara nə kimi fayda verə bilərəm?” sualını yuxusunda belə düşünən insanlar buna layiqdirlər. Toy müğənnisi ilə aramda fərq olmalıdır. Tamaşaçı bizi eyni rəngə boyamamalıdır. Bu da toya gedir, Tünzalə də? Mənim də toyda oxuyan müğənnilər kimi başqa bazarım (biznesim - red.) yoxdur. Biz hamımız eyni bazarın içərisindəyik. Amma toyda iştirak edən cəmiyyət Tünzalə səhnəyə çıxdıqda, ondan yüksək keyfiyyət gözləyir. Çünki Tünzalə gözəl şeyləri təbliğ edir”.