“İlk dəfə səni görəndə çox qıcıqlandım”

“İlk dəfə səni görəndə çox qıcıqlandım”
2205 dəfə oxunub
  • A-
  • A
  • A+
"Aynen aynen" serialında baş rolları paylaşan Kerem Bursin ilə Nilperi Şahinkaya İnstaqramda sevənləri ilə söhbət ediblər.

Axşam.az xəbər verir ki, aktrisa ilə Kerem Bürsin bir-birilərinə suallar ünvanlayıblar.

Aktrisanın "İlk dəfə tanış olanda məni sevdin" sualına Kerem "Sevmədim, daha doğrusu, bu kimdir? Özünü çox ciddiyə alır deyə düşündüm” cavabını verib.

Aktyorun bu etirafından sonra Nilperi də onu ilk dəfə görəndə bəyənmədiyini dilə gətirib:

"Mükafatlandırma gecəsi var idi. Kovboy kimi gəldin, aktrisa Zeynəb Ferah Abdullahın yanında əyləşdin. Bəzi insanlar haqqında özünü bəyənmiş biri olduğunu düşünə bilər. Mən də ilk dəfə səni görəndə çox qıcıqlandım. Özünə güvənən insansan, amma özündən razı deyilsən".