Nurlan Əzizbəylinin xanımı dələduzluqda ittiham olunur

Nurlan Əzizbəylinin xanımı dələduzluqda ittiham olunur
3634 dəfə oxunub
  • A-
  • A
  • A+
Ofeliya Kərimova adlı xanım müğənni Nurlan Əzizbəylinin həyat yoldaşı Nərmini dələduzluqda ittiham edib.

Axşam.az xəbər verir ki, qadın "Elgizlə izlə" proqramına gəlib. O bildirib ki, Nərmin ondan ev üçün 30 min pul alıb və qaytarmayıb:

"Uşaqlarımız bir məktəbdə oxuyur. Onları oradan tanıyıram. Nurlanın xanımının adı Nərmin yox, Afaqdır. Hadisə 2014-cü ildə olub. Ev almaq istəyirdim. Ona anasından qalan Nizami metrostansiyasının yaxınlığında birotaqlı evi var. Mənə mənzili göstərdi. Bilirdi ki, əlimdə 30 min var. Mənə dedi ki, bu evi al. Ev də məktəbə yaxın idi. Baxdım və razılaşdım. Pulum bankda idi, getdik götürdük. Pulu məndən aldı və aldatdı. Dedi ki, evin sənədləri yoxdur. Dəfələrlə məhkəmələrdə olduq, alınmadı. Məhkəmə mənim xeyrimə qərar çıxardı. İş indi icradadır. Hazırda evsiz qalmışam"

Proqrama telefonla zəng edən Nərmin isə qadına hər ay pul ödədiyini söyləyib:

"Ofeliya xanımı tanıyıram. Bu məsələ Nurlanın yanında olmayıb. Övladlarımız bir yerdə oxuyub. Ofeliya xanım 30 mini mənə bütöv yox, qırıq-qırıq verib. Mən də ona 3 il ərzində hər ay 200 manat qaytarmışam. Sonra xanıma dedim ki, sənəd imzala ki, sənə 200 manat ödəyirəm. Razılaşmadı. Pulu ona verdiyimi təsdiq edəcək şahidlər də var. Onun pulunu danmıram. Dedim, ev satılsın, verəcəm".

Ofeliya isə Nərminin yalan danışdığını söyləyib.