Azərbaycanda koronavirusa yoluxan xəstələrin görüntüsü yayıldı

Azərbaycanda koronavirusa yoluxan xəstələrin görüntüsü yayıldı
2346 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Televiziyası koronavirus infeksiyasına yoluxan xəstələrlə reportaj hazırlayıb.

Axşam.az xəbər verir ki, hazırda müalicə alan pasiyentlər səhhətlərindən bəhs ediblər.

İnfeksiyaya yoluxan qadın nəfəs ala bilmədiyini, ağır vəziyyətdə olduğunu deyib. O, həyatla ölüm arasında mücadilə apardığını bildirib. Nəfəs almalarında problem yaranmasın deyə az miqdarda su verilən pasiyentlərin tək istəyinin su içmək olduğu vurğulanıb.

Həkimlər isə hazırda infeksiyaya yoluxanların sayının günü-gündən artdığını bildiriblər. Onlar əvvəl yoluxanların sayının az olduğunu söyləyiblər.