"Ailə quran gün verilişi ona verəcəm" - Afaqdan maraqlı açıqlama

"Ailə quran gün verilişi ona verəcəm" -  Afaqdan maraqlı açıqlama
3037 dəfə oxunub
  • A-
  • A
  • A+
"Yalansa doğru olsun. İnşallah, olar. Şikayətlənmirəm, qismətdir, nə vaxt gələcək bilmərəm".

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli "Ona qalsa" proqramında qonaq olarkən deyib. O, şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Afaq verilişin aparıcısı Nazilə Səfərlinin "Deyirlər, nişanlanmısan" sözlərinə etiraz edib.

Gəncəli "Müğənni ilə ailə qurarsan" sualına belə cavab verib:

"İki qoçun başı bir qazanda qaynamaz. O, deyəcək mən səhnəyə çıxım, mən deyəcəm mən. Ya da başlayacaq ki, filankəsi yaxşı təqdim etdin, məni yox. Evdə bir səhnə adamı olar".

"Bəs desə, səhnəni mənə ver, sən otur evdə... Verilişi də ("ATV maqazin onlarla" proqramını nəzərdə tutur - red.)verərsən ona" sözlərinə "Səhnəni də ona verərəm, deyərəm, qurbandır. Verilişi vermərəm. Çünki adam tapmışam. Ruslana (proqramın redaktoru Ruslan Ağayev - red.) demişəm ki, ailə həyatı quran kimi proqramı verirəm sənə. Tökdüklərimi yığıb. Adi elə bir insan var ki, müğənnini eqosu, ulduzluğu ondan çoxdur. Tanınmış şəxslərin adı çıxıb" reaksiyasını verib.