Asəf Zeynallının məzarını təmizlədilər - Fotolar

Asəf Zeynallının məzarını təmizlədilər -  Fotolar
1508 dəfə oxunub
  • A-
  • A
  • A+

Dirijor Mustafa Mehmandarov bir qrup musiqiçi ilə birlikdə dahi bəstəkar Asəf Zeynallının baxımsız qalan məzarını ziyarət ediblər.

Axşam.az xəbər verir ki, onlar məzar ətrafında təmizlik işləri aparıblar. 

Bunla bağlı M.Mehmandarov sosial şəbəkədə paylaşım edib. O, təmizlikdən sonra lentə alınan şəkilləri izləyiciləri ilə bölüşüb.

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov isə APA-ya açıqlamasında bildirib ki, məzarlıqların vəziyyəti, onların saxlanılması və durumu ilə digər aidiyyəti dövlət qurumları məşğuldur:

“Buna baxmayaraq biz də müvafiq qurumlarla əlaqə saxlayaraq vəziyyətin tezliklə düzəldilməsinə çalışacağıq”.