TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı

TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
579 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 968 test edilib.

Axşam.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 2-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 309 901 test edilib və 5 935 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 3 564 nəfəri sağalıb, 71-i dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 273 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər vəfat edib, 56 xəstə sağalıb.