“Mərkəzdə kütləvi iğtişaşlar var” - Amerikaya köçən Elmir

“Mərkəzdə kütləvi iğtişaşlar var” - Amerikaya köçən Elmir
1439 dəfə oxunub
  • A-
  • A
  • A+

“Çox adam narahatdır yazır, zəng edir. Bizdə hər şey yaxşıdır”.

Axşam.az xəbər verir ki, bu sözləri keçmiş “Dəyirman” qrupunun üzvü Elmir yazıb.

Reper Amerikanın bir neçə bölgəsində qaradərili şəxsin öldürülməsi ilə başlayan etiraz aksiyalarına görə ailəsindən və ondan narahat olanlar üçün İnstaqramda məlumat yayıb.

“Mərkəzdə bəzi yerlərdə kütləvi iğtişaşlar var. Allaha şükür ki, biz tərəflərdə salamatçılıqdır. Buna baxmayaraq, 1 həftəlik komendant saatı elan olunub” deyə, Elmir bildirib.

Qeyd edək ki, müğənni 2018-ci ildə “Greencard” qazanaraq ailəsi ilə Amerikaya köçüb.