AzTV-nin əməkdaşı karantinə alındı

AzTV-nin əməkdaşı karantinə alındı
1393 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Televiziyasının operatorunun koronavirusa yoluxması haqda məlumat yayılıb.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qurumun sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, həmin operator karantinə alınıb:

“Bizim operatorlar hər çəkilişdən əvvəl analiz verirlər. Həkimlər bir operatorun analizindən şübhələniblər. Hələ ki, araşdırma aparılır. Operator karantinə alınıb və yoxlama aparılır. Nəticə ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Qeyd edək ki, daha əvvəl ATV-nin bir neçə işçisində koronavirus aşkarlanmışdı.