Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra öldü

Bakıda 9 yaşlı uşaq əməliyyatdan sonra öldü
2510 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakıda əməliyyat olunan azyaşlı xəstəxanada ölüb.

Axşam.az day.az-a istinadən xəbər verir ki, hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. Mərkəzin Uşaq Cərrahiyyə Şöbəsində Bakı şəhər sakini, 2011-ci il təvəllüdlü Emin Abdullayev kəskin appendisit diaqnozu ilə cərrahiyə əməliyyatı olunaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Göstərilən tibbi yardımlara baxmayaraq E. Abdullayev ölüb. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.