Karantinin yumşaldılması dayandırılır, məhdudlaşdırma olacaq - Rəsmi

Karantinin yumşaldılması dayandırılır, məhdudlaşdırma olacaq -  Rəsmi
3486 dəfə oxunub
  • A-
  • A
  • A+

Karantin rejiminin yumşaldılması dayandırılır.

Axşam.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib. O bildirib ki, son günlər koronavirusun yoluxmasında sürətli artım olduğu üçün növbədənkənar brifinq keçirilir:

"Yeni bir situasiya yaranıb, əsas səbəb də vətəndaşların karantin rejiminin qaydalarına əməl etməmələridir. Karantin qaydalarının pozulması barədə bir çox foto, video faktlar daxil olur. Buna görə də yenidən karantin rejiminin yumşaldılması prosesinin dayandırılması, hətta yenidən məhdudlaşdırma qaydaları müzakirə olunur. Bu məsələ artıq gündəmdədir. TƏBİB bu barədə Operativ Qərargaha müraciət edib. Belə bir fikir var ki, cümə günü axşamdan bazar ertəsi səhərə qədər tam qapadılma, hərəkətin məhdudlaşdırması qadağan oluna bilər. Mağazalar bağlana bilər.

Sabah bu məsələ ilə bağlı Baş nazir Əli Əsədovun müraciəti olacaq.

Həmin müddət ərzində İctimai nəqliyyat fəaliyyətini dayandıra bilər".