Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər - Operativ Qərargah

Vətəndaşlar həftəsonları üçün ərzaqlarını əvvəlcədən ala bilərlər -  Operativ Qərargah
2719 dəfə oxunub
  • A-
  • A
  • A+

“Karantin rejiminin tətbiqi də, yumşaldılması da zərurətdən doğub. Məhdudlaşdırmaya yenidən getmək də situasiyadan irəli gəlir”.

Axşam.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

“Məhdudlaşdırmanı heç kim istəmir. Əgər qaydalara əməl etməsək bu, çox ciddi iqtisadi problemlərə apara bilər. Bizim belə bir problemimiz yoxdur. Ərzaqla bağlı problem yoxdur. Amma vətəndaşlar həftəsonları üçün öz ərzaq azuqələrini əvvəlcədən ala bilərlər”, - deyə İ.Məmmədov bildirib.