Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 166 min 422 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 24 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 867 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4609 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 931 nəfər təşkil edir.



                 

Xəbər lenti