Məşhur hind aparıcı Çandana Ananzkrişna intihar edib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb onun sevgilisi ilə ayrılması olub. Hadisə Banqalor şəhərində baş verib.

Beş ildir ciddi münasibət yaşayan Çandana ərə getməyə hazırlaşırmış. Son vaxtlar sevgilisi ondan uzaqlaşmağa, soyuq münasibət göstərməyə başlayıb. Sonda isə o, toyu təxirə salıb.

29 yaşlı aparıcı intihardan əvvəl video çarx çəkib və onu ailəsinə, dostlarına göndərib. Valideynləri başqa şəhərdə yaşayan qızlarının qonşuları ilə əlaqə saxlayıblar. Qonşular qapını sındıraraq evə daxil olublar və Çandananın qollarını kəsdiyini görüblər. 

Təcili yardım gələrək, qızı xəstəxanaya çatdırıb. Həkimlər aparıcını xilas edə bilməyiblər.



                 

Xəbər lenti