Rəqqasə Oksana Rəsulova keçmiş həyat yoldaşı, reper Elşad Xosenin "Sevməmişəm" sözləri ilə bağlı suala əsəbiləşib.

Axşam.az xəbər verir ki, sənətçi "Show news" verilişinə açıqlamasında onunla bağlı danışmaq istəmədiyini söyləyib:

"Niyə mənə Elşad Xosedən sual verirsiniz? Ümumiyyətlə, onun dedikləri ilə mənim əlaqəm yoxdur. O insan haqda danışmaq istəmirəm. Düşünürəm ki, sualı ona verin, soruşun, niyə elə deyib?".

Qeyd edək ki, Elşad "Sevməmişəm, necə sevgidən oxuyum" açıqlamasını vermişdi.



                 

Xəbər lenti