Həftəsonlarından əvvəl xəstələrin müalicəsi aparılacaq - TƏBİB

Həftəsonlarından əvvəl xəstələrin müalicəsi aparılacaq -  TƏBİB
806 dəfə oxunub
  • A-
  • A
  • A+

"Bütün xroniki xəstələrlə bağlı xəstəxanalara müraciət edilib. Tövsiyə edilib ki, həftəsonlarından əvvəl onların müalicəsi aparılsın".

Axşam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

"Təcili hallarda isə təcili tibbi yardım vasitəsilə onlara yardım ediləcək", - o, əlavə edib.