Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 4-nə olan statistik göstəriciləri açıqlayıb.

Axşam.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7047 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 322 min 574 test aparılıb. İndiyədək 78 nəfər Covid-19-dan dünyasını dəyişib, 3737 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2707 nəfərdir. 100 nəfər reanimasiyada, 21 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 262 yoluxma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib, 72 pasiyent sağalıb.



                 

Xəbər lenti