Türkiyədə yeni növ koronavirus (COVİD-19) aşkarlanan şəxslərin sayı 167 min 410 nəfərə çatıb.

Axşam.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat verib.

O bildirib ki, son 24 saat ərzində ölkədə 21 nəfər koronaviruslu xəstə dünyasını dəyişib, 988 nəfər isə infeksiyaya yoluxub.

Ümumilikdə ölkədə COVİD-19-dan vəfat edənlərin sayı isə 4630 nəfərə çatıb.

Türkiyədə bu gün koronavirusdan sağalanların sayı isə 926 nəfər təşkil edir.



                 

Xəbər lenti