Pərvizin karantini bitdi, Bakıya nə vaxt qayıdır?

Pərvizin karantini bitdi, Bakıya nə vaxt qayıdır?
1735 dəfə oxunub
  • A-
  • A
  • A+

Çəkilişləri Dominikanda aparılan "Survivor" yarışmasından geri dönən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin Türkiyədəki karantini başa çatıb.

İdmançı bu haqda Axşam.az-a açıqlamasında deyib. O bildirib ki, karantində 1 həftə qalıb:

"İki həftədir İstanbulda evdə qalıram. Bakıya qayıtmaq üçün təyyarə yoxdur".

Qeyd edək ki, Pərviz Acun Ilıcalının “Survivor” layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Ötən ay isə Pərviz İstanbula gəlib.