“Ponçikim, istəyi yerinə yetirəcəm...”- Ölən oğlundan yazdı

“Ponçikim, istəyi yerinə yetirəcəm...”- Ölən oğlundan yazdı
3279 dəfə oxunub
  • A-
  • A
  • A+

Kiçik oğlu Parsı itirən türkiyəli aparıcı və pilates müəllimi Ebru Şallı övladı ilə bağlı daha bir paylaşım edib.

Axşam.az xəbər verir ki, sənətçi iki ay öncə vəfat edən 9 yaşlı oğlu ilə mətbəxdə çəkilən fotosunu paylaşaraq bu sözləri yazıb:

“Mətbəxlər artıq boşdur. Canım dünənlə bərabər getdi, nə qədər söz varsa, dünənə aiddir. İndi yeni sözlər demək lazımdır. Ponçikim, istəyi yerinə yetirəcəm...”.

Qeyd edək ki, E.Şallının oğlu 2 il limfa vəzində olan xərçəngdən müalicə alıb. O, 17 apreldə vəfat edib.