Şəhərdə maska taxmayanlar cərimə olunur - Fotolar

Şəhərdə maska taxmayanlar cərimə olunur -  Fotolar
2234 dəfə oxunub
  • A-
  • A
  • A+

Xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları paytaxtda reydlər keçirir.

Axşam.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən məlumat verir ki, onlar nəqliyyat axınının və əhalinin sıx olduğu yerlərdə, eləcə də qapalı məkanlarda və ictimai nəqliyyatda reydlər keçirir, mütləq qaydada tibbi maskadan istifadə etməyi tələb edirlər.

Bu tələblərə riayət etməyənlər barəsində isə qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati cəza tədbirləri görürlər.