Azərbaycan Milli İncəsənət Muzeyində monitorinq keçirilib

Azərbaycan Milli İncəsənət Muzeyində monitorinq keçirilib
381 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Milli İncəsənət Muzeyi barəsində son zamanlar biri sıra media resurslarında əsassız materiallar səsləndirilməkdədir.

Axşam.az xəbər verir ki, muzeydə kölgə salan fikirlərin qarşısını almaq və təşkilatın fəaliyyətinin açıq və şəffaf olduğunu nümayiş etdirmək məqsədilə orada qorunub saxlanılan mədəniyyət nümunələrinin, o cümlədən Azərbaycanın görkəmli rəssamı Səttar Bəhlulzadənin müəllifi olduğu əsərlərin saxlanma vəziyyəti ilə tanışlıq məqsədini daşıyan geniş tərkibdə komissiya təşkil edilib.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, AMEA-nın həqiqi üzvü Ömər Eldarovun sədrliyi ilə təşkil olunan komissiyanın tərkibinə Azərbaycan Xalq rəssamları Fərhad Xəlilov, Səlhab Məmmədov, Arif Hüseynov, Tofiq Ağababayev, Cəlil Hüseynov, Əməkdar Mədəniyyət işçiləri Şahin Orucov, Şirin Məlikova, Zərifə Məlikova, Toğrul Əfəndiyev, Əməkdar incəsənət xadimləri Ziyadxan Əliyev, Çingiz Fərzəliyev, Əməkdar rəssam Natiq Səfərov daxildir.

Komissiya tərəfindən əsərlərin monitorinqi keçirilib. Monitorinq zamanı, müəyyən edilib ki, əsərlərin hamısı muzeyin İnventar kitabında qeydə alınaraq nömrələrə uyğun saxlanılır, onların qorunub saxlanılma şəraiti və vəziyyəti yüksək dəyərləndirilib, əsərlərin orijinallığı təsdiqlənib.

Göstərilənləri nəzərə alaraq qeyd edilən komissiyanın üzvləri tərəfindən imzalanmış rəsmi protokol tərtib edilib. Protokolda bildirilir ki, 27 may 2020-ci il tarixində bəzi media resurslarında ölkənin aparıcı muzeyi olan Azərbaycan Milli İncəsənət Muzeyində Səttar Bəhlulzadənin qorunub saxlanan əsərlərin orijinallığına dair iddialar əsassızdır və onlar həqiqəti obyektiv əks etdirmirlər.