Tolikin dəbdəbəli evi - Fotolar

Tolikin dəbdəbəli evi -  Fotolar
4208 dəfə oxunub
  • A-
  • A
  • A+
Prodüser Tarix Əliyev (Tolik) "Evdəkilərə salam" verilişini evində qonaq edib.

Axşam.az xəbər verir ki, prodüser ad gününü proqramda ailəsi ilə birlikdə keçirib.

Dəbdəbəli evini nümayiş etdirən Tolik bildirib ki, klassik üslubu çox sevir:

"Evim böyük deyil, cəmi 46 kvadratmetrdir. Digər evim də klassik üslubdadır. Lepka indi yenidən dəbə gəlib. Əvvəl dəbdə deyildi, amma mən sevirdim. Hər zaman arzulayırdım ki, öz evim olsun və onu düzəldim. İnsan bir şeyə əziyyət çəkməsə ona nail olmur. Hərdən müğənnilər deyir ki, Tolikin qazandığı pullar nə qədərdi... Toylar, tədbirlər təşkil edib pul yığmışam. Gedib pulumu başqa şeylərə xərcləməmişəm.  Pulu yığıb ev almışam, təmir etdirmişəm".