Cem Yılmaz Serenayın şəklini çəkənləri məhkəməyə verdi

Cem Yılmaz Serenayın şəklini çəkənləri məhkəməyə verdi
1697 dəfə oxunub
  • A-
  • A
  • A+

Şoumen Cem Yılmaz aktrisa sevgilisi Serenay Sarıkaya ilə görüntülərini çəkənləri məhkəməyə verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi evinin bağçasında gizli şəklin çəkilməsinin şəxsi həyata müdaxilə olduğunu bildirib.

Yılmaz və Serenay Bodrumdakı evinin bağçasında hovuzda çimərkən görüntülənib. Şoumen məhkəməyə şikayət edərək, həmin şəxslərin cəzalandırılmasını tələb edib.

Yayılan fotolarda Sarıkayanın artıq çəki aldığı vurğulanıb. Bir çoxları isə onun hamilə olduğunu qeyd edib.

Yılmazın şikayəti isə təmin edilməyib. Hakim fotoların şəxsi həyata müdaxilə və təhqir olmadığını açıqlayıb.