Samir biznes arzularına son qoydu

Samir biznes arzularına son qoydu
1031 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Samir Piriyev biznes arzularına birdəfəlik son qoyub.

Axşam.az xəbər verir ki, sənətçi bu haqda "ATV maqazin onlarla" verilişində deyib. Bir neçə dəfə qurduğu biznesi müflis olan sənətçi bildirib ki, daha məkan açmaq fikri yoxdur:

"Biznesdə əlim gətirmir deməyəcəm, sadəcə, tələsirəm. Düşünürəm ki, ən böyük biznesim elə səsimdir. Amma bitdi... Gəlirim toy bazarındandır. Ən böyük biznesim səsimdir".

Qeyd edək ki, Samir sonuncu dəfə həmkarı Niyam Salami ilə Bodrumda restoran açmış, amma işi davam etməmişdi. Hətta iki ifaçı bu işbirliyindən sonra dostluğa son qoyub.